“Barselona”nın yetirməsi Səudiyyə Ərəbistanına göndərildi
01.08.2023 - 13:31
“Barselona”nın yetirməsi Səudiyyə Ərəbistanına göndərildi

Səudiyyə Ərəbistanı klubları daha bir futbolçunun keçidini həll edib.

Apasport.az saytının məlumatına görə, “Barselona”dan ayrıldıqdan sonra “Betis”ə keçən Aleks Kolyado karyerasını “Əl-Əhdud”da davam etdirəcək.

Sevilya təmsilçisi azad agent kimi heyətinə qatdığı 24 yaşlı yarımmüdafiəçini icarəyə verib. Kolyado 2023/24 mövsümünü Asiya klubunda keçirəcək.

Qeyd edək ki, futbolçunun növbəti transferinin 20 faizi yetirməsi olduğu “Barselona”ya çatacaq.

writer photo
Əlirza Əlirzalı
0