Belarus yığmasının Millətlər Liqasının Slovakiya, Azərbaycan və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Kondratyev ümumilikdə 27 futbolçuya dəvət göndərib.
Qapıçılar: Yeqor Xatkeviç (“Dinamo-Minsk”), Pavel Pavlyuçenko (“Termalitsa”, Polşa), Maksim Plotnikov (“Şaxtyor”);
Müdafiəçilər: Denis Polyakov (“Astana”, Qazaxıstan), Sergey Politeviç, Qlev Şevçenko, Ruslan Hadarkeviç (hamısı “Şaxtyor”), Maksim Şvetsov, Roman Bequnov (hər ikisi “Dinamo-Minsk”), Kirill Peçenin (“Orenburq”, Rusiya), Ruslan Yudenkov (“Maktaaral”, Qazaxıstan), Zaxar Volkov (“Ximki”, Rusiya), Danila Neçayev (BATE);
Yarımmüdafiəçilər: Vladislav Klimoviç (“Dirmot”, Macarıstan), Yevgeni Yablonski (“Aris”, Kipr), Maks Ebonq (“Astana”, Qazaxıstan), Artyom Bıkov, Denis Qreçixo (hər ikisi “Dinamo-Minsk”), Dmitri Podstrelov (“Şaxtyor”), Pavel Sedko (“Torpedo”, Moskva, Rusiya), Aleksandr Selyava (“Rostov”, Rusiya), Dmitri Bessmertnı, Valeri Qromko, Valeri Boçerov, Vladislav Malkeviç (hamısı BATE);
Hücumçular: İvan Baxar (“Dinamo-Minsk”), Andrey Solovey (“Şaxtyor”).
Qeyd edək ki, Belarus yığması iyunun 3-də, Slovakiya, 6-da Azərbaycan, 10-da Qazaxıstanı Serbiyada qəbul edəcək, 13-də isə Bakıda millimizin qonağı olacaq.