Türkiyə qrupu xal itirmədən keçəcək – PROQNOZ
07.06.2022 - 12:56
Türkiyə qrupu xal itirmədən keçəcək – PROQNOZ

Qardaş Türkiyə yığması Millətlər Liqasının II turunda Litva ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Sergey Dolotov C liqasının matçına proqnoz verib.

O, Vilnüsdəki qarşılaşmada favoritin aşkar olduğuna əmindir:

Litva elə gözlənildiyi kimi evdə hətta Lüksemburqa da 0:2 hesabı ilə uduzdu. Dərin və uzunmüddətli böhranda olan komanda üçün buradan çıxış da görünmür.

Litvanın maksimum ümidi D liqasına düşməmək üçün Farer adaları ilə mübarizə aparmaq ola bilər. Türkiyə ilə qarşılaşmada isə onların heç bir şansı yoxdur.

Türkiyə ilk turda İstanbulda Farer adalarını asanlıqla darmadağın edib – 4:0. Əminəm ki, hətta “ay-ulduzlular” həmin qarşılaşmada heç də var gücü ilə oynamayıb.

Litva ilə matçda da təxminən eyni ssenari olacaq. Ola bilsin ki, türklər Lüksemburqla görüşə bir az hazırlaşmalı olsun. Amma gün kimi aydındır ki, C liqası Türkiyənin yeri deyil. Komanda həddən artıq güclüdür.

Bu dəfə də Türkiyənin fora ilə qələbəsinə əminliklə qoyuluş mümkündür. Litvalılar hər hansı uğurlu nəticədən yapışa biləcəyi üçün heç bir əsas yoxdur.

Türkiyə qrupu bir xal da itirmədən keçsə  də, buna təəccüblənmərəm. Vilnüsdə belə itkinin olmayacağı isə tamamilə dəqiqdir.

Proqnozum: Fora2 (-1,5)
 

writer photo
Əlirza Əlirzalı
0