Demiral “İnter”in hədəfində
04.07.2023 - 23:29
Demiral “İnter”in hədəfində

Türkiyə yığmasının üzvü Merih Demiral “İnter”ə keçə bilər.

Apasport.az saytı xəbər verir ki, Milan klubu 25 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.

“İnter” Sezar Asplikuetanın “Atletiko”ya keçməsindən sonra yeni variantları nəzərdən keçirir. Komanda “Atalanta”da çıxış edən Demiralı PSJ-yə keçəcək Şkrinyarın əvəzedicisi kimi dəyərləndirir. “Yuventus”da da oynayan Merih transfer qiyməti ilə bağlı açıqlama verilməyib. 

Qeyd edək ki, son mövsümdə 25 yaşlı müdafiəçi İtaliya A seriyasında 28 oyunda bir dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0