Almaniyalı futbolçu Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib.
30 yaşlı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.
“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşdürür.
Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/2022 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.