Millinin sabiq hücumçusundan vida
25.05.2022 - 09:44
Millinin sabiq hücumçusundan vida

Braziliya millisinin sabiq futbolçusu Fred karyerasını başa vurur.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun şərəfini qoruduğu “Fluminense” klubu açıqlayıb.

38 yaşlı forvard gözündəki problemlər üzündən futbola vida etməyə qərar verib. Klub rəhbərliyi Freddən xahiş edib ki, “Fluminense”nin iyulun 21-dəki yaranma gününə qədər gözləsin. Həmin tarixdə klub 120 illiyini qeyd edəcək.

Qeyd edək ki, “Amerika Mineyro”, “Kruzeyro”, “Atletiko Mineyro” və “Lion”da oynamış hücumçu Braziliya millisindəki 39 matçda 18 qola imza atıb, 2013-cü ildə Konfederasiyalar kubokunun qalibi adını qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0