“Vest Hem” 58 il sonra
08.06.2023 - 01:05
“Vest Hem” 58 il sonra

İngiltərənin “Vest Hem” klubu Konfrans Liqası kubokunu qazanıb.

Apasport.az saytı xəbər verir ki, komanda finalda “Fiorentina”ya qalib gəlib.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra ingilislər penaltidən hesabı açıblar. Cəmi 5 dəqiqə sonra “bənovşəyilər” bərabərlik qolunu vurublar. “Vest Hem” qələbə topunu 90-cu dəqiqədə vurub. Hamı əlavə vaxt barədə düşündüyü halda, müdafiənin səhvindən istifadə edən Bouen kuboku qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, “Vest Hem” 58 il sonra Avropa kuboklarında qələbə qazanıb. Komanda 1964/65 mövsümündə Kuboklar kubokunu əldə etmişdi.

UEFA Konfrans Liqası
Final

“Fiorentina” – “Vest Hem” – 1:2
Qollar: Bonevantura, 67 – Benrahma, 62 (pen.). Bouen, 90.
 

writer photo
Əlirza Əlirzalı
0