“Sabah”ın “Bazel”lə oyunlarına hakim təyinatları açıqlanıb
17.10.2024 - 15:58
“Sabah”ın “Bazel”lə oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Apasport.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.

“Bazel” – “Sabah”

23 oktyabr, St. Yakob-Park stadionu. Saat 21:00

Baş hakim: Patrik Kolaric

Baş hakimin köməkçiləri: Luka Pajic, Ivan Starcevic (hamısı Xorvatiya)

Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)


“Sabah” – “Bazel”

6 noyabr, ASCO Arena. Saat 18:00

Baş hakim: Omarov Rustam (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)

writer photo
Əlirza Əlirzalı
0