Elmar Baxşıyev: "Səviyyə fərqini danmaq olmaz"
04.12.2023 - 21:54
Elmar Baxşıyev: "Səviyyə fərqini danmaq olmaz"

Misli Premyer Liqasının XV turunun son matçında "Qarabağ Qəbələni qəbul edib. (3:0)

Apasport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin iştirakı ilə mətbuat konfransı keçirilib:


"Bizim üçün ağır oyun alındı. İstədiyimizi tam meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı".

-"Kəpəz"lə matçınız olacaq, altı xallıq görüşdür. Bu oyun nə dərəcədə önəmlidir?
Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür.

Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu...
Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın. 

-"Qarabağ"ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdıki?
-Bizim üçün ağır olacaqdı. İlk turda "Omonya" ilə oyandıq, iki gün sonra "Sabahgaa uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir, onlar üçün rotasiyaya etmək rahatdı.

İlk qolu analiz etdiz?
Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçilmtək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər.

writer photo
Əlirza Əlirzalı
0