Yığmamız “33” arzusunda
19.11.2022 - 15:33
Yığmamız “33” arzusunda

Azərbaycan millisi sabah qarşılaşacağı Şimali Makedoniya ilə görüşlərdə heç vaxt qələbə qazanmayıb.

Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək üz-üzə gəldiyi 70 komandadan 32-nə qalib gələ bilib.

Digər 38 rəqib milli üçün hələlik məğlubedilməzdir. Sabahkı görüşdə tilsimi qırmaq mümkün olsa, Şimali Makedoniya məğlub etdiyimiz 33-cü komanda olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə indiyədək 7 dəfə qarşılaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0