Messidən Luis Suaresə dəstək
04.12.2022 - 14:15
Messidən Luis Suaresə dəstək

Argentina millisinin hücumçusu Lionel Messi Uruqvay millisinin Qətərdə keçirilən dünya çempionatında qrupda qalmasına görə hücumçu Luis Suaresə dəstək olub.

Apasport.az xəbər verir ki, Messi 2014-2020-ci illərdə "Barselona"da komanda yoldaşı olmuş Suaresin göz yaşlarını saxlaya bilməməsi ilə bağlı sosial şəbəkədə yazıb:

“Nə olursa olsun, mən həmişə onların yanındayam. Onların kənarda qaldığını görmək üzücü idi. Futbolda belə olur. Sadəcə qarşıda nələrin olacağını düşünmək lazımdır”.

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının qrup mərhələsinin III turunda Qana yığmasını məğlub etsə də (2:0), 3-cü yeri tutaraq pley-offa adlaya bilməyib.

writer photo
Əlirza Əlirzalı
0