“Qalatasaray” qapıçı alır
26.12.2023 - 15:42
“Qalatasaray” qapıçı alır

"Qalatasaray" yeni transfer xəbərləri ilə gündəm olub.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk "Atalanta" forması geyinən argentinalı qapıçı Xuan Mussonu komandada görmək istəyir.

"Aslanlar"ın çalışdırıcısı uruqvaylı qapıçı Fernando Muslera ilə sözləşmənin bitməsinə az vaxt qaldığı üçün bu transferi yaxın günlərdə bitirmək niyyətindədir. 29 yaşlı qapıçının "Atalanta"dan narazı olduğu üçün klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Xuan 10 oyunda 12 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0