Qurbanov mövqeyini qorudu, Kloppla Regakampf gerilədi
09.09.2022 - 16:14
Qurbanov mövqeyini qorudu, Kloppla Regakampf gerilədi

Avrokubokların qrup mərhələsinin I turundan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ karyerasını davam etdirən 500 mütəxəssis daxil edilib.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xalla planetin 219-cusudir. 50 yaşlı mütəxəssis son cədvəldəki yerini qoruyub.

Ölkəmizdə çalışan legioner məşqçilərdən yalnız biri “Top-500”ə düşüb. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 1649 xalla 161-cidir. Rumıniyalı ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.
 
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2206) başçılıq edir. Yurgen Klopp (2098) ikinci yeri əldən verib. Antonio Konte (2104) onu arxada qoymağı bacarıb.
 

writer photo
Əlirza Əlirzalı
0