Azərbaycan millisinin oyunları ləğv olundu
11.08.2022 - 10:36
Azərbaycan millisinin oyunları ləğv olundu

Futzal üzrə Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb yerli federasiyanın sənədləşmə porsesini vaxtında etməməsi və ölkəmizə giriş üçün viza ala bilməməsidir.

Halbuki Türkmənistan yığması bu gündən avqustun 20-dək Bakıda təlim-məşq toplanışı, eyni zamanda Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi. 

Lakin yaranmış problemə görə, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.

writer photo
Əlirza Əlirzalı
0