Maykl Ouenin final PROQNOZU
26.05.2022 - 09:44
Maykl Ouenin final PROQNOZU

Mayın 28-də Parisdə Çempionlar Liqasının final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, əfsanəvi ingiltərəli futbolçu Maykl Ouenin karyerası ərzində formasını geyindiyi “Liverpul”la “Real” həlledici matçda üz-üzə gələcək.

43 yaşlı mütəxəssis yetirməsi olduğu İngiltərə klubunu cütün favoriti adlandırıb:

Fikrimcə, “Liverpul” “Real”dan güclüdür və onları məhv edə bilər. Düşünürəm ki, “qırmızılar” inamlı şəkildə qalib gələ bilər. Çünki hazırda “Real” üçün çox güclü və görkəmli rəqibdir.

İspaniya klubu finala yüksəlmək üçün möhtəşəm iş gördü. Şübhəsiz ki, çətin yolla irəlilədiklərindən, qələbəyə inanırlar. Ancaq “Liverpul” çox yaxşıdır və “yapışqan” oyundan qaçmağa çalışacaq. Çünki belə matçlarda qalib gəlməyi “Real”dan yaxşı heç kim bacarmır.

Proqnozum: “Liverpul”un 3:1 və ya 3:0 hesablı qələbəsi
 

writer photo
Əlirza Əlirzalı
0