“Lion” italiyalı baş məşqçiyə əmanət
16.09.2023 - 16:13
“Lion” italiyalı baş məşqçiyə əmanət

“Lion”un yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, Fabio Qrosso Fransa klubunun “sükanı arxası”na keçib.

İtaliyalı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 45 yaşlı məşqçi özünü yaxşı tərəfdən göstərsə, onunla razılaşmanın müddəti uzadıla bilər.

Qeyd edək ki, Qrosso 2007-2009-cu illərdə "Lion"da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0