Meksika millisinə yeni baş məşqçi təyin olundu
23.07.2024 - 13:17
Meksika millisinə yeni baş məşqçi təyin olundu

Meksika millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb. Komanda Xavyer Aqirreyə tapşırılıb. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

65 yaşlı Aqirrenin köməkçisi "Barselona"nın əvəzedici komandasının sabiq baş məşqçisi Rafael Markes olacaq.

Qeyd edək ki, Meksika millisinin son baş məşqçisi Xayme Lozano idi. Meksika 2024-cü il Amerika Kubokunda pley-offa çıxa bilmədiyi üçün Lozano bu ayın 17-də istefa verib.

writer photo
Əlirza Əlirzalı
0