Krakov-2023: Kopellodan ikinci yer
20.06.2023 - 13:49
Krakov-2023: Kopellodan ikinci yer

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir üzvü mübarizəyə qoşulub.

Aleksis Kopello kişilərin üçtəkanla tullanma yarışında qüvvəsini sınayıb. O, 15,91 m nəticə göstərib. Kopello yarışı ikinci yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0