“Mançester Yunayted” Qananın tarixinə düşən hücumçunu istəyir
20.12.2022 - 18:09
“Mançester Yunayted” Qananın tarixinə düşən hücumçunu istəyir

Niderlandın “Ayaks” klubunun futbolçusu Mohammed Kudus İngiltərəyə köçə bilər. 

Apasport.az saytının məlumatına görə, dünya çempionatında Cənubi Koreya ilə oyunda dubl edərək Qananın tarixinə düşən hücumçu “Mançester Yunayted”in radarına düşüb. 

“Qırmızı şeytanlar” Kudus üçün 15 milyon avro təklif edərək, Amsterdam klubunun cavabını gözləyir. 
  
Qeyd edək ki, bu mövsüm uğurlu oyunu ilə diqqət çəkən Kudus “Ayaks”ın heyətində 21 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. 
 

writer photo
Əlirza Əlirzalı
0