Yaya Ture Səudiyyə Ərəbistanında
03.11.2023 - 20:03
Yaya Ture Səudiyyə Ərəbistanında

Yaya Ture karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı keçmiş baş məşqçisi Roberto Mançininin məşqçilər heyətinə qatılacaq.

Belçikanın “Standard” klubunda baş məşqçi köməkçisi vəzifəsində çalışan afrikalı mütəxəssis işindən ayrılıb. O, Səudiyyə Ərəbistan millisinin baş məşqçisi Roberto Mançininin məşqçilər heyətinə qatılmağa qərar verib.

Qeyd edək ki, Ture "Mançester Siti"də Mançininin rəhbərliyi altında oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0