Baş məşqçi getdi, prezident eyni fikirdə deyil
22.09.2023 - 21:52
Baş məşqçi getdi, prezident eyni fikirdə deyil

“Marsel”in prezidenti Pablo Lonqriya vəzifəsini tərk etməyəcək.

Apasport.az-ın məlumatına görə, o, keçirilən mətbuat konfransında bu barədə açıqlama verib.

Sentyabrın 18-də prezident və baş məşqçinin klubun fanatları ilə görüşündən sonra komandada vəziyyət qarışmışdı. Azarkeş qruplarının liderləri Lonqriya və  Marselinyonu təhdid etməsindən iki gün sonra ispaniyalı mütəxəssis istefa verməli olmuşdu. Amma klubun rəhbəri eyni addımı atmaq niyyətində deyil. Fanatlar komandanın Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandırmasını rəhbərliyə bağışlamayıblar.

Qeyd edək ki, “Marsel” Fransa çempionatında 5 turdan sona məğlub olmayıb. Komanda 9 xalla turnur cədvəlində 5-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0