17 yaşlı hücumçu “Real”la “Barselona”nı üz-üzə qoydu
22.09.2022 - 00:22
17 yaşlı hücumçu “Real”la “Barselona”nı üz-üzə qoydu

“Atletiko Paranaense”nin futbolçusu Vitor Roke karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 17 yaşlı hücumçu “Real”la “Barselona”nın transfer siyahısına düşüb.

İspaniya nəhəngləri istedadı ələ keçirmək uğrunda mübarizədə də bir-birinə rəqib olub. Braziliya klubu forvardın satışından yaxşı qazanc əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Roke mövsümün 40 matçında 13 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0