“Bavariya”nın növbəti təklifinə “yox” cavabı
31.05.2022 - 00:28
“Bavariya”nın növbəti təklifinə “yox” cavabı

“Bavariya” hücumçusu Serj Qnabriyə növbəti təklifini edib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi aparıcı oyunçusuna illik 10 milyon avro maaş ödəməyə boyun olub.

Lakin 26 yaşlı oyunçu bu təklifi də müsbət qarşılamayıb. Qnabri hazırda PSJ, “Real” və İngiltərə komandalarının maraq dairəsindədir. Onun Almaniya çempionu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən bəri “Bavariya”nın heyətində 171 oyunda iştirak edib, 64 qol vurub, 40 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0