Bu həftə daha bir böyük uduşla əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Rusiyanın Temryuk şəhərinin sakininin 3030,91 əmsallı kuponu qalib gəlib.
13 oyuna mərc edən proqnozsevər futbolla hokkeyin sintezinə üstünlük verib. O, Braziliyanın A və B seriyaları, Argentina, Çili, Kolumbiyanın B seriyasına, həmçinin MHL-nin mövsümöncəsi matçlarına mərc edib.
Bu görüşlərin hamısında qalibi müəyyənləşdirən better 10 matçda meydan sahibləri, 3 oyunda qonaqlara üstünlük verib. Qalibləri düzgün tapan temryuklu özü də qalib olub. Cəmi 20 rublla (0,56 manat) risk edən proqnozsevər 60 min 618 rubl (16 min 397,30 manat) qazanıb.