Ten Hax: "Marsyal ağır yükün öhdəsindən gələ bilmir"
08.01.2023 - 14:46
Ten Hax: "Marsyal ağır yükün öhdəsindən gələ bilmir"

“Marsyal ağır yükün öhdəsindən gələ bilmir, ona görə də biz başqa hücumçu axtarırıq".

Apasport.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Erik ten Hax deyib.

O, Antoni Marsyalın etimadı tam doğrultmaması səbəbindən, komandanın daha bir hücumçuya ehtiyacı olduğunu deyib: "Söhbət artıq ona güvənməməyimizdən getmir. Onun fiziki yükü çox yüksəkdir, 90 dəqiqənin hamısında 3 gündən bir oynaya bilmir. Ona görə də bu problemi həll etməliyik”.

writer photo
Əlirza Əlirzalı
0