"Trabzonspor"da ilk ayrılıq
27.05.2024 - 17:53
"Trabzonspor"da ilk ayrılıq

Super Liqa təmsilçilərindən "Trabzonspor"un Kot D-İvuarlı ulduzu Nikolas Pepe komandadan ayrıldığını açıqlayıb.

Apasport.az xəbər verir ki, Pepe sosial media hesabından paylaşım edərək "Trabzonspor"la vidalaşıb.

Xatırladaq ki, 28 yaşlı cinah oyunçusu 2023-cü ilin sentyabrından Qara dəniz təmsilçisinin şərəfini qoruyub. 

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxan futbolçu 6 qol, 3 asistlə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0