Dördüncü dəfə transferə çıxarıldı
09.01.2023 - 13:16
“Real” Eden Azarı yenidən transferə çıxarıb.
Apasport.az saytının məlumatına görə, belçikalı ardıcıl dördüncü transfer pəncərəsində satışa çıxarmağa qərar verib.
Klub rəhbərliyi maaşı 15 milyon avro olan futbolçudan qurtulmaq istəyir. Madrid klubunda oyunu alınmayan Azarın satılması heç cür reallaşmır.
Futbolçunun özü də ən azı yaya qədər klubdan ayrılmaq fikrində deyil. Bu üzdən “Real” rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır.
Qeyd edək ki, Eden bu günlərdə agentləri ilə görüşməli və durumunu müzakirə etməlidir.
0
0