Neymar “Bavariya” ilə oyunu buraxacaq 
03.03.2023 - 17:33
Neymar “Bavariya” ilə oyunu buraxacaq 

Neymar qarşıdakı 2 oyunda PSJ-yə kömək edə bilməyəcək. 

Apasport.az saytı xəbər verir ki, bunu PSJ klubunun baş məşqçisi Kristof Qaltye deyib.

Braziliyalı futbolçunun zədəli olduğunu deyən 56 yaşlı mütəxəssis Neymarın yoxluğunu ciddi itki adlandırıb: La Liqada “Nant” və Çempionlar Liqasında “Bavariya” ilə matçlarda Neymar oynamayacaq. Blokumuz daha yığcam və sıx olacaq. Neymarın yoxluğunun əhəmiyyətsiz bir hadisə olduğunu deyə bilmərəm. Bu, bizim üçün çox ciddi itkidir”.

Qeyd edək ki, Liqa 1-in  PSJ – “Lill” matçında (4:3) zədələnən 31 yaşlı hücumçu bu mövsüm iştirak etdiyi 29 oyunda 18 qol və 17 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0