Türkiyəli futbolçuya Premyer Liqadan 2 təklif
07.07.2022 - 12:03
Türkiyəli futbolçuya Premyer Liqadan  2 təklif

“Lill”in yarımmüdafiəçisi Yusuf Yazıcı yenidən komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü bu dəfə İngiltərə klublarının transfer gündəmindədir.

Ötən mövsümün ikinci yarısını icarə əsasında Moskva MOİK-ində keçirən 25 yaşlı orta sahə oyunçusu ilə Premyer Liqa təmsilçiləri “Fulhem” və “Nottingem Forest” maraqlanır. “Lill” onun transferindən 13,5 milyon avroluq gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, Yusuf Yazıcının Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0