“Real”dan maksimal qazanc: 42 milyon 
13.12.2023 - 16:12
“Real”dan maksimal qazanc: 42 milyon 

“Real” Çempionlar Liqasının qrup mərhələsini 6 qələbə ilə başa vurub.

Apasport.az xəbər verir ki, belə uğurlu çıxış İspaniya klubuna maksimal qazanc bəxş edib.

Madridlilər cari mövsümdə Çempionlar Liqasında 42 milyon avro əldə edib. Bunun 16,8 milyonu altı qələbə üçün verilən mükafatdır. 1/8 finala vəsiqə 9,6, turnirdə iştirak isə 15,6 milyon gətirib.

“Real” hələlik maksimal qazanc əldə edən yeganə klubdur. Bu göstəricini yalnız “Mançester Siti” təkrarlaya bilər. İngiltərə təmsilçisinin hesabında 5 qələbə var.
 

writer photo
Əlirza Əlirzalı
0