Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində "Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və sahəyə atılan əşyalar səbəbilə "Fənərbaxça"lı azarkeşlərin 3 səfər matçına buraxılmayacağı bildirmişdi.
Apasport.az xəbər verir ki, Avropa futbol qurumu "sarı-lacıvərdlilər"in cəzası ilə bağlı yeni qərar qəbul edib.
UEFA Apellyasiya Şurasının verdiyi açıqlamaya görə, "Fənərbaxça"nın 2 səfər matçı üçün bilet satışına qadağası və 80 min avro cəriməsi təsdiqlənib. "Bülbüllər"in bir oyunluq cəzasının 2 il müddətinə təxirə salınması qərara alınıb.
Qeyd edək ki, Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində "Fənərbaxça" aprelin 11-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos" ilə qarşılaşacaq. Matç Bakı vaxtilə saat 20:45-də baş tutacaq.