“Azərreyl”in voleybolçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”
19.10.2023 - 10:22
“Azərreyl”in voleybolçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”

"Komandam ilə fəxr edirəm".

Apasport.az xəbər verir ki, bunu "Azərreyil"in hücumçusu Demir Fatma İklimya deyib.

O, Çelenc kubokunun 1/32 final mərhələsində keçirilən Ukraynanın "SC Balta" klubu ilə oyunu barədə fikirlərini açıqlayıb: "Dünən və bu gün olan hər iki matçda qalib gəldik. Komandam ilə fəxr edirəm. Düşünürəm ki, uyğunlaşmışıq. Məşqçilərimizin dəstəyi ilə bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm"

Qeyd edək ki, komandamız Çelenc kubokunun 1/32 final mərhələsində rəqibi Ukraynanın "SC Balta" klubunu 3:0 hesabı ilə məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0