UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı
25.08.2022 - 14:11
UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı

Bu gün Türkiyənin İstanbul şəhərində Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Avropa klub futbolu mövsümünün başlanması ilə bağlı tədbirdə AFFA rəhbərliyi də iştirak edəcək.

UEFA-nın dəvəti əsasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katibi Sərxan Hacıyev tədbirlərə qatılacaq.

writer photo
Əlirza Əlirzalı
0