“Qarabağ” qələbə, Azərbaycan xal qazandı
07.10.2022 - 00:52
Azərbaycanın UEFA reytinqindəki xalı artıb.
Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının qrup mərhələsinin III turu səbəb olub.
Yunanıstanda “Olimpiakos”un qonağı olan “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın UEFA reytinqinə 0,500 xal gətirib.
Bununla da cari mövsüm qazanılan xallarımız 3,000-ə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,625-ə qədər yüksəlib. Amma bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.
0
0