Rafael Nadal: “Messi mənə çox əziyyət verdi”
23.11.2022 - 10:37
Rafael Nadal: “Messi mənə çox əziyyət verdi”

Tennis üzrə “Böyük Dəbilqə” turnirinin 22 qat qalibi Rafael Nadal Argentina millisinin futbolçusu Lionel Messi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, “Real”ın çılğın azarkeşi kimi tanınan ispaniyalı tennisçi uzun illər əzəli rəqib “Barselona”nın formasını geyinmiş hücumçunu dünyanın ən yaxşısı hesab edib.

Nadal “kral klubu”nun fanatı kimi Leonun ona çox çətinliklər yaratdığını da etiraf edib: “Real” azarkeşi olduğum üçün Messi mənə çox əziyyət verdi. Bir idman həvəskarı kimi dəfələrlə onun oyunundan həzz almışam. O, futbol tarixinin ən yaxşı futbolçusudur. Karyerasının böyük hissəsini də mənim ölkəmdə keçirdi”.

Qeyd edək ki, hazırda PSJ-də çıxış edən Lionel Messi 2004-2021-ci illərdə “Barselona”nın formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0