Kilian Mbappe start heyətində olmayacaq - ÇL
14.02.2023 - 17:20
Kilian Mbappe start heyətində olmayacaq - ÇL

Çempionlar Liqanın 1/8 finalı mərhələsinin ilk matçında Kilian Mbappe PSJ-nin start heyətində "Bavariya"ya qarşı oynamayacaq.

Apasport.az saytı Fransa mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bir müddət əvvəl zədələndiyi üçün ilk dəqiqələrdən meydanda olmayacaq. 

Baş məşqçi Kristof Qaltye oyunun gedişatına görə futbolçunun xidmətindən yararlanmağı, Mbappeni riskə atmamağı planlaşdırır.  

Qeyd edək ki, PSJ - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0