Ronaldo 2 oyunluq diskvalifikasiya ediləcək
16.04.2024 - 10:29
Ronaldo 2 oyunluq diskvalifikasiya ediləcək

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun forvardı Kriştiano Ronaldo 2 oyunluq diskvalifikasiya ilə üz-üzədir.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, buna portuqaliyalı ulduz futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibini dirsəklə vurması səbəb olub.

Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0