“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb.
Apasport.az “SofaScore” nəşrinə istinadla xəbər verir ki, ilk “11-liy”ə qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir daxil ediliblər.
Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib. Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya “Benfika”sının üzvü Anxel Di Mariya (9,5) fransalıdan çox xal toplayıb.
Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Fransalı həm də həftənin futbolçusu adına namizəddir.