"Aston Villa"da 18 yaşlı müdafiəçi
23.01.2024 - 13:59
"Aston Villa"da 18 yaşlı müdafiəçi

“Aston Villa” heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu "Srvena Zvezda"nın müdafiəçisi Kosta Nedelkoviçi heyətə qatıb.

Razılaşmaya əsasən 18 yaşlı futbolçu mövsümün sonuna kimi Belqrad klubunda icarə əsasında çıxışına davam edəcək. Serbiyalı oyunçunun növbəti mövsümdən Premyer Liqa təmsilçisinə qoşulması planlaşdırlır. 

Qeyd edək ki, mövsümün əvvəlindən “Srvena Zvezda”nın əsas komandasına cəlb olunan istedadlı müdafiəçi bütün turnirlərdə 18 oyun keçirib, iki məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0