Türkiyəli sabiq futbolçu Meki Tanrıverdi İngiltərə Premyer Liqası çərçivəsində bu gün keçiriləcək oyunlarla bağlı təxminlərini bildirib.
Apasport.az saytının məlumatına görə, uzun müddətdir futbol təhlilçisi kimi çalışan mütəxəssis günün inandığı 3 görüşünə proqnozlarını açıqlayıb.
“Everton” – “Kristal Pelas”: “Everton” bu gün qələbə qazansa, elitadakı yerini təmin edəcək. “Qudison Park”da mövsümün matçına çıxacaqlar və səhvin sıöortası yoxdur. “Kristal Pelas”ın isə artıq heç bir iddiası qalmayıb. Premyer Liqanın son 4 matçında uduzmayan Patrik Vieyranın yetirmələri bu dəfə dayanacaq. “Everton” qalibiyyətlə elitadakı yerini təmin edəcək.
Proqnozum: 1.
“Aston Villa” – “Bernli”: “Aston Villa”nın avrokubok ümidi qalmayıbsa, “Bernli”nin hələ də yüksək liqada qalmaq ümidi var. Bu gün qazanılacaq 1 xal onları bir addım önə salacaq. “Bernli” mövsümün ən vacib oyununda məğlub olmayacaq.
Proqnozum: X2.
“Çelsi” – “Lester”: “Çelsi” ötən həftə İngiltərə Kubokunun finalında “Liverpul”a məğlub olubsa, “Lester” ardıcıl qələbələr qazanıb. “Zadəganlar” oyunun favoritidir və bu şansı əldən verməz. London təmsilçisi “Stemford Bric”dəki son ev matçında azarkeşlərinə qalibiyyət hədiyyə edəcək”.
Proqnozum: 1