“Turan Tovuz”dan minimalhesablı qələbə - YENİLƏNİB
19.04.2023 - 17:56
“Turan Tovuz”dan minimalhesablı qələbə - YENİLƏNİB

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə bir matç keçirilib.

Yeganə qarşılaşma Tovuzda baş tutub. Premyer Liqanın debütantı “Turan Tovuz” “Neftçi”ni qəbul edib.

Oyunun taleyi matçın sonlarında həll olunub. Denis Marandiçi 74-cü dəqiqədə vurduğu qolla meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, yarımfinalın dünən keçirilən digər matçında “Qəbələ” “Səbail” üzərində 3:2 hesablı ev qələbəsi qazanıb. Cavab görüşləri aprelin 26-27-də baş tutacaq.
 

Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
19 aprel
16:00. “Turan Tovuz” – “Neftçi” - 1:0
Qol: 
Denis Marandiçi, 74
Baş hakim: Rəşad Əhmədov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divine Naah, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
Tovuz şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0