AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Mərakeşdən olan həmyaşıdları ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan matçda hesab 8-ci dəqiqədə açılıb. Afrika təmsilçisindən Reda adını tabloya yazdırıb. Növbəti qol təxminən 10 dəqiqə sonra vuruldu. Bu dəfə Rayane komandasına üstünlük qazandırdı. Fasiləyə 2 dəqiqə qalmış Madih fərqi 3 topa çatdırdı. Əvəzində Xəzər Ağalızadə 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. İkinci hissəyə də rəqib qolla başladı. Lahcen 5-ci qolu vurdu. Amma 30-cü dəqiqədə millimiz fərqi azalda bildi. Mirzə Əmirov penaltini dəqiq yerinə yetirdi. Bu, həm də oyunda vurulan sonuncu qol oldu.
Azərbaycan – Mərakeş (0:3) 1:5
28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov
Timekepeer: Hikmət Qafarlı
Qollar: Mirzə Əmirov, 29:15 (pen.) // İlilou Reda, 7:10, Benamar Rayane, 16:44, Madih Mohamed Reda, 18:37, Azghin İmran, 21:40, Ait Hemmou Lahcen, 26:49
Sarı vərəqələr: Xəzər Ağalızadə, 5:31, Azər Fərmanov, 14:45, İlham Alıyev, 18:07, Bəyoğlan Vəlizadə, 38:11 // Sabri El Moutadayene, 29:14