Keyn "Bavariya"da rekordlar qırmağa davam edir
05.11.2023 - 13:29
Keyn "Bavariya"da rekordlar qırmağa davam edir

Harri Keyn rekorda imza atıb.

Apasport.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Bundesliqada çıxıdığı 10 matçda 15 dəfə fərqlənib.

30 yaşlı hücumçu dünən oynanılan “Borussiya” Dortmund – Bavariya” (0:4) matçında het-trik edib.
Bununla da İngiltərə millisinin kapitanı “Şalke”də çıxış etmiş Klaus Matişakın 1963/64 mövsümündə müəyyənləşdidiyi rekordu (ilk 10 matçda 13 qol) yeniləmiş olub.

Qeyd edək ki, yayda “Tottenhem”i alman klubuna dəyişən Keyn Çempionlar Liqasında isə iştirak etdiyi 3 matçda 2 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0