Qaltye Ərəbistan yolunda
08.07.2023 - 01:48
Qaltye Ərəbistan yolunda

PSJ-dən ayrılan Kristof Qaltye yeni təklifləri nəzərdən keçirir.

Apasport.az-ın məlumatına görə, fransalı mütəxəssis Səudiyyə Ərəbistanından təklif alıb.

Qaltye “Əl-Şabab” maraq dairəsinə düşüb. 56 yaşlı məşqçi ilə danışıqların ilkin mərhələsi uğurlu keçib. Yüksək yerlər uğrunda mübarizə aparmaq arzusunda olan komanda təcrübəli mütəxəssislə əməkdaşlıq etmək nəyyətindədir. Əgər danışıqlar baş tutarsa, tərəflər iki illik müqavilə imzalayacaqlar.

Qeyd edək ki, bir mövsüm PSJ-yə başçılıq edən Qaltye komandaya Fransa çempionluğunu qazandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0