Liqa 1-i tərk etdi
14.05.2023 - 12:50
Liqa 1-i tərk etdi

Fransa Liqa 1-i tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, “Ayaçço” 1 ildən sonra yenidən mövsümə aşağı diviziondan başlayacaq.

Komanda hesabat turunda səfərdə PSJ-yə 0:5 hesabı ilə məğlub olaraq Liqa 1-də qalmaq şanlarını itirib. “Ayaçço” mövsümün sonuna 3 tur qalmış 23 xalla 18-ci yerdədir və 16-cı pillədə qərarlaşan “Oser”dən 11 xal geri qalır. 

Qeyd edək ki, daha öncə “Trua” və “Anji” də aşağı liqaya yuvarlanıb.

writer photo
Əlirza Əlirzalı
0