Mərakeş millisinin qapıçısı TARİXƏ DÜŞDÜ
10.12.2022 - 21:28
Mərakeş millisinin qapıçısı TARİXƏ DÜŞDÜ

Mərakeş millisinin qapıçısı Yassin Bonu ilk afrikalı qapıçı kimi tarixə düşüb.

Apasport.az xəbər verir ki, bu gün Mərakeş millisində 50-ci matçına çıxan futbolçu bir dünya çempionatında qapısını 3 dəfə toxunulmaz saxlayan ilk afrikalı qapıçı olub. 

Qeyd edək ki, bu gün dünya çempionatının 1/4 finalında Portuqaliyaya qalib gəlməklə Mərakeş yarımfinala vəsiqə qazanan ilk Afrika komandası kimi tarixə düşüb.

writer photo
Əlirza Əlirzalı
0