“Şəfa” “Səbail”ə rəqib oldu - YENİLƏNİB
20.11.2023 - 17:13
“Şəfa” “Səbail”ə rəqib oldu - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, raundun son oyun günündə bir matç keçirilib.

“Şəfa” öz meydanında “Şəmkir”lə görüşüb. Binədə baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Şəfa” növbəti raunda adlayıb.

Qeyd edək ki, “Şəfa” II təsnifat mərhələsində “Səbail”lə görüşəcək. Noyabrın 18-20-nə planlaşdırılan matç II Liqa təmsilçisinin meydanında keçiriləcək.

Azərbaycan kuboku
I təsnifat mərhələsi
20 noyabr (bazar ertəsi)
14:30. “Şəfa” – “Şəmkir” – 1:1, pen. 5:3
Qollar:
Sahib Cümşüdov, 26 (p.) // Elgün Namazov, 58
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Binə qəsəbə stadionu

writer photo
Əlirza Əlirzalı
0