Çempionlar Liqasının qrup mərhələsinin II turunun “Reyncers” – “Napoli” matçından əvvəl UEFA-nın qaydaları pozulub.
Apasport.az saytının məlumatına görə, Şotlandiya klubu ev oyununda Böyük Britaniya himnini səsləndirib.
Bu addım kraliça II Yelziavetanın ölümünə həsr olunub. Turun dünənki matçlarından əvvəl “Çelsi”, “Mançester Siti” və “Reyncers” bu himnin səsləndirilməsi üçün UEFA-dan icazə istəyib.
Qitə futbol qurumu Çempionlar Liqasında ölkə himninin səsləndirilməsinə icazə verməyib. Hər üç qarşılaşmada turnirin himni də çalınmayıb və banneri meydanın mərkəzində yer almayıb.
Qlazqo təmsilçisi qadağaya baxmayaraq bir dəqiqəlik sükutun ardınca dövlət himnini səsləndirib. “Aybroks” stadionundakı azarkeşlər də himni oxuyublar.
Qeyd edək ki, “Reyncers” öz meydanında 0:3 hesabı ilə uduzub.