60 milyonluq futbolçu
08.06.2023 - 21:49
60 milyonluq futbolçu

Fransa çempionu PSJ ilk transferini həyata keçirib.

Apasport.az-ın məlumatına görə, uruqvaylı Uqarte ilə 5 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 22 yaşlı yarımmüdafiəçi “Sportinq”dən gəlib. Bu transferə görə PSJ Portuqaliya klubuna 60 milyon avro ödəyəcək. Başa çatan mövsümdə 47 oyun keçirən Uqarte yalnız bir ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2021-ci ildın Portuqaliyada çıxış edən Manuel “Familikano” və “Sportinq”in şərəfini qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0