Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Şerif” – “Partizan” oyunu tamaşaçısız keçiriləcək.
Apasport.az xəbər verir ki, Serbiya klubu Moldovanın Təhlükəsizlik və İnformasiya Xidmətinin qərarına əsasən, oyunun bağlı qapılar arxasında keçiriləcəyi ilə bağlı bəyanat yayıb. "Şerif" xərclənən pulu bilet alanlara qaytaracaq.
“Partizan” öz azarkeşlərinə Moldovaya daxil olmağın mümkün olmadığını bildirib və “şəxsi təhlükəsizlik və rahatlıq naminə” ora getməməyi xahiş edib.
"Azad Avropa Radiosu" Serbiya komandasının 12 azarkeşinin Moldovadan qovulduğunu, sərhəd polisinin sözçüsü Raisa Novitski isə bir neçə Serbiya vətəndaşının ölkəyə girişinə icazə verilmədiyini bildirib: “Onlar giriş şərtlərinə uyğun gəlmədikləri, lazımi sənədləri olmadıqları və səfərlərinin məqsədini əsaslandıra bilmədiklərinə görə Moldova buraxılmayıblar”.
Bu vəziyyət Moldova parlamentində də müzakirə edilib və təxribatçıların buraxılmaması doğru qərar kimi şərh olunub. Deputat Andrian Keptonar bildirib ki, ölkəyə serb azarkeşləri adı altında diversantlar da daxil ola bilərdi.
Qeyd edək ki, "Şerif" – "Partizan" matçı fevralın 16-sı, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.